AFRİKA İLAHİYYATÇILARI İNCİLİ ŞƏRH ETMİŞLƏR
Kitabda çoxlu Afrika folkloru, atalar sözü, xalq mahnısı və illüstrasiya verilmişdir. Bunlar İncilin bu və ya digər məqamlarını anlamaqda oxucuya kömək edir. Bundan əlavə, kitabda Afrika üçün xüsusilə aktual olan müasir problemlər, o cümlədən İÇV və QİÇS epidemiyası, etnik münaqişələr və qaçqınlar problemi İncil nöqteyi-nəzərindən araşdırılmışdır.
Layihənin baş redaktoru Tokunboha Adeyemo demişdir ki, “Afrika şərhləri” müqəddəs kitabı əvəzləmək deyil, onu Qara qitə xristianları üçün daha anlaşıqlı etmək məqsədi daşıyır. Adeyemo əmindir ki, İncil həmişə bu və ya digər mədəniyyət baxımından yazılmış və qəbul olunmuşdur, onun mahiyyətini dindarlara daha yaxşı çatdırmaq üçün şəxsi mədəniyyətlə oxşarlığını tapmaq lazımdır. Adeyemo demişdir: “Həvari Pavel yəhudilərə müraciət yazanda Avropa mədəniyyətinin, adət və ənənələrinin olduqca çox elementindın istifadə etmişdir. Lakin İncili Afrikaya gətirənlər onu yerli dünyabaxışına uyğunlaşdırmamışlar”. Redaktor onu da bildirmişdir ki, kitab üzərində işləyən 70 alim müxtəlif xristian konfessiyalarının nümayəndələridir, lakin kitabın ərsəyə gəlməsində katolik ilahiyyatçılar iştirak etməmişlər.