Ağdam Dövlət Dram Teatrında “Gecə yarı dönüş” tamaşasının premyerası olub
Ağdam, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Dövlət Dram Teatrında Nemət Tahirin “Gecə yarı dönüş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, rəssamı Qönçə Həzizadə, musiqi tərtibatı Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur. Tamaşada rolları teatrın aktyorları Elmir Uğurlu, Nuranə Əliyeva, Elman Məhərov, gənc aktyorlarımız Zərifə Ağayeva və Rüstəm Məmmədov ifa ediblər. Tamaşa Qarabağ müharibəsindən bəhs edir.