İDMAN
Ağır atletika yarışının dördüncü günündə ikinci qızıl medala İraq təmsilçisi sahib olub
Bakı, 16 may, AZƏRTAC
İslamiadanın ağır atletika yarışında 85 kiloqram çəki dərəcəsində mübarizənin qalibi iraqlı Safa Alcumaili olub.
AZƏRTAC xəbər verir ki, İraq təmsilçisi birdən qaldırmada 152, təkanla qaldırmada isə 194 kiloqram nəticə göstərib. Ümumilikdə 346 kiloqramı ram edən atlet qızıl medala sahib olub.
Gümüş medalın sahibi özbəkistanlı Uluqbek Alimov ümumilikdə 339 kiloqramlıq (151+188 kq) nəticə göstərib. Bürünc mükafata toplam 329 kiloqram (147+182 kq) nəticə ilə Səudiyyə Ərəbistanı təmsilçisi Xəlil Əl Hamqan layiq görülüb.
Ağır atletlərimiz Ceyhun Tağızadə 324 kiloqram (148+176 kq) nəticə ilə beşinci, Kamran İsmayılov isə 312 kiloqram (142+170 kq) göstərici ilə yeddinci yeri tutublar.