Ağsuda COVID-19 təhlükəsinə qarşı profilaktik tədbirlər görülür
Ağsu, 16 avqust, AZƏRTAC
Bu gün bütün dünya koronavirus pandemiyasının yeni dalğasını yaşayır və belə bir şəraitdə Ağsu rayonunda da bu təhlükəli epidemiyaya qarşı profilaktik tədbirlər görülür.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son vaxtlar sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsinə nəzarət gücləndirilib, idarə və müəssisələrdə, küçə və parklarda, ictimai yaşayış evlərində dezinfeksiya işləri aparılır.
Təkcə son iki gündə şəhərin mərkəzindəki Heydər parkında oturacaqlar, uşaqlar üçün ayrılan oyun sahələri, kafe və çayxanaların ətrafı, piyada səkiləri, uşaq bağçaları, yaşayış binalarının ətrafı, girişi, bazar və ətrafdakı obyektlərin əraziləri dezinfeksiya olunub.
Dezinfeksiya tədbirləri kəndlərdə də davam etdiriləcək.