Ağsuda gənclər üçün insan hüquqları mövzusunda təlim keçirilib
Ağsu, 25 noyabr, AZƏRTAC
Ağsuda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən növbəti təlimdə gənclərə insan hüquqları ilə bağlı geniş bilgilər verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsu Heydər Əliyev Mərkəzində təşkil olunan təlimdə 15 fəal gənc iştirak edib. Təlimdə “İnsan hüquqları nədir?”, “İnsan hüquqlarının əsas prinsipləri”, “İnsan hüquqlarının beynəlxalq hüquqi tənzimlənməsi”, “İnsan hüquqlarının dəyərləri” və “İnsan hüquqlarının xüsusiyyətləri” haqqında ətraflı məlumat verilib.
Sonda gənclərlə “Binqo oyunu” keçirilib.
Qeyd edək ki, təlim GİKM Ağsu nümayəndəliyinin əməkdaşı - Tədbir və layihələr üzrə mütəxəssis, "İrəli" İctimai Birliyinin “Gənclər davamlı inkişaf üçün” layihəsinin iştirakçısı Aynur Məmmədova tərəfindən keçirilib.