AĞSUDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLMİŞDİR
Əvvəlcə qonaqlar və ictimaiyyətin nümayəndələri ulu öndərimizin əzəmətli abidəsini ziyarət etmiş, önünə əklillər və gül-çiçək qoymuşlar.
İzdihamlı tədbiri rayon icra hakimiyyətinin başçısı Əflatun Rufiyev açmışdır. Çıxış edənlər zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışmışlar. Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı Azərbaycanda dövlətçiliyin möhkəmlənməsinin, həyatın bütün sahələrində dinamik inkişafın təməlini qoymuşdur.
Çıxışlarda belə bir fikir vurğulanmışdır ki, bu gün Azərbaycan Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı sabaha doğru inamla irəliləyir.
Axırda Heydər Əliyev adına parkda bayram konserti olmuşdur.
Tədbirdə Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]