Ağsuda parlament seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş olub
Ağsu, 3 fevral, AZƏRTAC
Milli Məclisə seçkilər ərəfəsində Ağsuda ilk dəfə səs verəcək gənclərlə görüş olub. Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə 75 gənc iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan maarifləndirici tədbirdə çıxış edənlər seçkilərin əhəmiyyətindən, seçki hüququ olan vətəndaşların, o cümlədən ilk dəfə səs verəcək gənclərin bu prosesdə fəallığının önəmindən danışıblar.
Görüşdə seçki hüququndan düzgün istifadə, səsvermə qaydaları barədə məlumat verilib, gənc seçiciləri maraqlandıran suallar cavablandırılıb.