Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO
Ağsu, 10 iyun, AZƏRTAC
Ağsuda yol qəzası baş verib. Hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsudan keçən ərazisində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.
Avtomobildə olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Rəşad Türkoğlu