Aİ Rusiyaya qarşı onuncu sanksiyalar paketini qəbul etməyə hazırlaşır
Bakı, 3 fevral, AZƏRTAC
Avropa İttifaqı (Aİ) fevralın 24-dək Rusiyaya qarşı onuncu sanksiyalar paketini qəbul etməyi planlaşdırır.
AZƏRTAC “interfax.ru”ya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Leyen cümə axşamı bildirib.
Onun sözlərinə görə, sanksiyalar paketi Rusiyanın Ukraynaya hücumunun ildönümü ərəfəsində tətbiq olunacaq.
“Böyük yeddilikdən olan tərəfdaşlarımızla biz Rusiya neft məhsulları üçün əlavə qiymət həddini tətbiq edəcəyik və fevralın 24-dək onuncu sanksiyalar paketini tətbiq etməyi hədəfləyirik", - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]