Aİ üçün yeni təhlükəsizlik mexanizminin yaradılması təklif edilib
Berlin, 16 sentyabr, AZƏRTAC
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqının (Aİ) təhlükəsizlik böhranlarına daha çevik reaksiya verməsi üçün NATO-nun 4-cü maddəsinə bənzər yeni mexanizmin yaradılmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə Avropa Parlamentində Aİ-nin vəziyyəti ilə bağlı illik çıxışında bildirib.
Onun sözlərinə görə, mexanizm silahlı hücum həddinə çatmayan təhlükəsizlik böhranları zamanı tətbiq olunacaq. Üzv dövlətlərdən biri mexanizmi işə saldıqda bütün Aİ ölkələrinin bir araya gələrək, ümumi Avropa reaksiyasını əlaqələndirməsi, eskalasiyanın qarşısını alması və böhranın nəticələrini azaltması nəzərdə tutulur.
Komissiya rəhbəri, həmçinin Avropa Təhlükəsizlik Şurasının yaradılması üzrə konkret plan təqdim ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, qitənin üzləşdiyi təhdidlərin xarakteri və miqyası belə bir formatı daha zəruri edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [16:47]
Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub
- 16.09.2026 [16:19]
Media: ABŞ rəsmiləri Oman Sultanlığında husilərlə görüşüb
- 16.09.2026 [16:13]
Kanada Avropa İttifaqının ilk assosiativ üzvü ola bilər
- 16.09.2026 [14:17]
“Airbus” Çindəki yeni montaj xəttindən ilk təyyarəni təhvil verir VİDEO
- 16.09.2026 [14:16]