AK Parti üzv sayına görə Türkiyənin ən böyük siyasi partiyasıdır
İstanbul, 4 yanvar, AZƏRTAC
Türkiyədə 141 siyasi partiya fəaliyyət göstərir. Bunların arasında ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 11 milyon 41 min 464 nəfərlə ən çox üzvü olan siyasi partiyadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ali Apellyasiya Məhkəməsi Baş Prokurorluğunun yenilənmiş məlumatlar siyahısında bildirilib.
Türkiyənin siyasi partiyalarının üzv sayına görə açıqlanan siyahısında Cümhuriyyət Xalq Partiyası (CHP) 1 milyon 428 800 nəfərlə ikinci, İyi Parti isə 508 min 578 nəfərlə üçüncü sıradadır.
Qeyd edək ki, hər il yanvar ayının ilk həftəsində ölkənin siyasi partiyalarının üzvlük sayı Baş Prokurorluğun internet səhifəsində yenilənərək dərc olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]