AKADEMİK AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN YIĞMA KOMANDASINA YENİ BAŞ MƏŞQÇİ TƏYİN OLUNMUŞDUR
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AAF) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, akademik avarçəkmə üzrə milli komandaya yeni baş məşqçi təyin olunmuşdur.
AAF almaniyalı Rüdiger Hauffe ilə bir il müddətinə müqavilə bağlamışdır. 52 yaşlı mütəxəssis bir neçə gün əvvəl Azərbaycana gələrək, ölkəmizin avarçəkmə infrastrukturu ilə tanış olmuşdur. Baş məşqçi Mingəçevirdəki “Kür” Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmələr arasında ölkə birinciliyini izləmişdir. Almaniyalı mütəxəssis vəzifəsinin icrasına rəsmən oktyabrın 1-dən başlayacaqdır.
Yeni baş məşqçinin ilk işi yığmamızı 2009-cu ilin martında Mingəçevirdə təşkil olunacaq “Prezident kuboku” yarışına və apreldə Rusiyanın Rostov şəhərində keçiriləcək “Don” reqatasına hazırlamaqdan ibarət olacaqdır. Komandamızın həmin yarışlardakı çıxışlarının nəticələrinə əsasən, almaniyalı mütəxəssisin sonrakı mötəbər turnirlərdə millimizin sükanı arxasında qalıb-qalmayacağına dair qərar qəbul ediləcəkdir.
R.Hauffe idmançı kimi fəal avarçəkmə karyerasına 1971-ci ildə “Maqdeburq” İdman Klubunda başlamışdır. 3 il sonra gənclər arasında dünya çempionu olmuşdur. 1979-cu ildə idmançı karyerasını başa vurmuş və məşqçilik fəaliyyətinə start vermişdir. O, Almaniyanın müxtəlif klublarının baş məşqçisi kimi yığma komandaya idmançılar hazırlamışdır. 2006- 2007-ci illərdə isə İranda baş məşqçi kimi fəaliyyət göstərmişdir. İngilis və rus dillərini bilən Rüdiger Hauffenin yetişdirdiyi idmançılardan bir çoxu ən mötəbər yarışların qalibləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]