ALİM VƏ USTAD XANƏNDƏNİN YUBİLEYİ QEYD OLUNMUŞDUR
“ Vahid ” Poeziya evində Azərbaycan İqtisad Universitetinin əməkdar müəllimi, alim-musiqişünas, ustad xanəndə Vəli Məmmədovun anadan olmasının 70 illiyi münasibətilə yubiley gecəsi keçirilmişdir. Poeziya evindən AZƏRTAC-ın müxbirinə demişlər ki, gecədə Azərbaycan İqtisad Universitetinin kafedra müdiri, professor Həbib Zərbəliyev, Prezident təqaüdçüsü, şair Fətəli Sahib, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, xalq artisti Canəli Əkbərov, şairlər Həkim Qəni, İlyas Tapdıq, xalq artisti Əlibaba Məmmədov və başqaları çıxış edərək, Vəli Məmmədovun çoxcəhətli musiqi və pedaqoji fəaliyyətindən, jurnalistika yaradıcılığından danışmışlar. Qeyd olunmuşdur ki, BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini və A.Zeynallı adına Musiqi Məktəbində ustad xanəndə Seyid Şuşinskinin sinfini bitirmiş Vəli Məmmədov milli mətbuatımızın və musiqimizin inkişafında səmərəli fəaliyyət göstərmişdir. O, 20 ildən çox Azərbaycan İqtisad Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləmiş, 8 kitabın, 200-dən çox elmi-publisistik məqalənin müəllifi olmuşdur. Ustad xanəndənin ifasında səslənən və milli musiqi fondumuzu bəzəyən “Çahargah”, “Bayatı-Şiraz”, “Mirzə Hüseyn segahı”, “Kürdü-Şahnaz” muğamları, “Arazbarı”, “Heyratı” ritmik muğamları, xalq mahnıları, təsniflər Vəli Məmmədova böyük şöhrət gətirmişdir. Vəli Məmmədov çıxış edərək gecənin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirmişdir. Sonra incəsənət ustalarının ifasında muğamlar, xalq mahnıları və təsnifləri səslənmişdir. Axırda Vəli Məmmədovun oxuduğu “Mirzə Hüseyn segahı” tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:30]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:28]
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib
- 07.08.2026 [17:17]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [17:12]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [17:05]