ELM VƏ TƏHSİL
Alimlər orta məktəbdə keçirilən müsabiqədə müşahidəçi qismində iştirak ediblər


Bakı, 2 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun alimləri Xəzər rayon 230 nömrəli tam orta məktəbdə “Bitki örtüyü, torpaq və heyvanlar aləmi: fənn, coğrafiya, inteqrasiya, biologiya” mövzusunda keçirilən yaradıcı müəllim və yaradıcı şagird müsabiqəsində müşahidəçi qismində iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə yaradıcı müəllimin öz ixtisas sahəsi üzrə yanaşması, eyni zamanda, fəndaxili və fənlərarası inteqrasiyanı özündə əks etdirməsi olub.