ALMANİYA FEDERATİV RESPUBLİKASININ FEDERAL KANSLERİ ZATİ-ALİLƏRİ CƏNAB GERHARD ŞRÖDERƏ
Almaniya Federativ Respublikasının milli bayramı - Alman birliyi günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk. Ümidvaram ki, ölkənizə səfərim zamanı Sizinlə görüşümüz, apardığımız danışıqlar, imzaladığımız sənədlər ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlməsinə bilavasitə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, ölkənizə əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 sentyabr 2004-cü il.