ALMANİYA FEDERATİV RESPUBLİKASININ FEDERAL PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HORST KÖLERƏ
Almaniya Federativ Respublikasının milli bayramı - Alman birliyi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Almaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq duyuruq. Əminəm ki, bu yaxınlarda ölkənizə səfərim zamanı Sizinlə görüşümüz, ikitərəfli münasibətlər və onların perspektivləri ətrafında apardığımız fikir mübadiləsi əlaqələrimizin genişlənməsi istiqamətindəki səylərimizə yeni təkan verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 sentyabr 2004-cü il.