Almaniya Hərbi Dəniz Donanmasının gəmisi Qara dəniz sularına daxil olacaq
Berlin, 1 fevral, AZƏRTAC
AFT Müdafiə Nazirliyinin nümayəndəsinin hesabatında deyilir ki, Almaniya Hərbi Dəniz Donanmasının (HDD) üzən bazası - “Werra” bu ay NATO-nun Qara dənizdə mina əleyhinə daimi qrupunun missiyasında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, gəmi Bolqarıstanın Burqas və Varna limanlarına daxil olacaq.
Bundesverin nümayəndəsi deyib: “Almaniya HDD-nin digər gəmilərinin Qara dənizdə olması nəzərdə tutulmayıb”.
1936-cı il tarixli Montrö Konvensiyasına görə, Qara dəniz hövzəsində olmayan ölkələrin hərbi gəmilərinin bu dənizin akvatoriyasında 21 gündən çox olmamaq şərti ilə üzmək hüququ var.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]