ALMANİYA HOLOKOSTUN ARXİVLƏRİNİ AÇMAĞA HAZIRDIR
Arxiv sənədləri müttəfiqlərin əlinə 1945-ci ildə Almaniyanın məğlubiyyətindən sonra keçmişdir. Arxivə nasist rejiminin 17,5 milyon qurbanı, Almaniyaya işləməyə göndərilənlər, habelə qaçqınların müharibədən sonra harada yerləşdirilməsi barədə məlumat var. Bundan əvvəl arxivdən yalnız müharibə illərində itkin düşmüşləri axtarmaqla məşğul olan Qırmızı Xaç Xidməti istifadə edə bilərdi.
Bonn sazişlərinə uyğun olaraq, 1955-ci ildən arxivə nəzarət 11 ölkəyə məxsusdur. Arxivin açılması çağırışı bir çoxları, məsələn, Holokost tədqiqatçıları tərəfindən dəfələrlə səslənmişdir, lakin Almaniya buna daim əngəl törədirdi.
Almaniya Bonn sazişlərinə yenidən nəzər salmaqdan sonuncu dəfə bu ilin fevralında boyun qaçırmış və dəyişməz qərarını Bonn sazişlərinin tələbləri və şəxsi həyatın müdafiəsi haqqında qanunvericilik ilə əlaqələndirmişdir. Arxivin açılması nasistlərin qurbanlarına və onların ailələrinə zərər yetirməməlidir. Almaniyanın fikrincə, arxivlər açılarkən məhbusların ailə həyatı, yaxud adi cinayətkar olmaları barədə məlumat aşkara çıxa bilər. Briggita Sipris indiki qərarı onunla izah etmişdir ki, hazırda şəxsi həyatın müdafiəsinin səviyyəsi kifayət qədər yüksəkdir, ona görə də məlumatın açıqlanmasından pis məqsədlərlə istifadə oluna bilməz.
Beynəlxalq Axtarış Xidməti arxivlərinin açılması haqqında rəsmi qərar Bonn sazişlərinə daxil olan 11 ölkənin nümayəndələrinin bu il mayın 17-də keçiriləcək görüşündə qəbul olunacaqdır.