ALMANİYADA NARKOTİK QAÇAQMALÇILIĞINA QARŞI MÜBARİZƏ UĞURLA DAVAM EDİR
Polis əməliyyat dəstəsi cinayətkar qrupun digər üzvlərini ələ keçirmiş, mənzil və zirzəmilərdə külli miqdarda narkotik vasitə müsadirə etmişdir.
İstintaq dindirmələri zamanı beynəlxalq cinayətkar dəstənin bir neçə ildir mütəmadi olaraq tonlarla həşiş, kokain, marixuana və ekstazini qaçaqmalçılıq yolu ilə İspaniya, Portuqaliya və Niderland ərazisindən keçirməklə Almaniyaya və İngiltərəyə nəqli ilə məşğul olduğu aşkarlanmışdır.
Polisin və gömrük əməkdaşlarının Berlinin Şönefeld beynəlxalq təyyarə limanında apardıqları yoxlamalar zamanı “Xarici səyahətdən” vətənə qayıdan 45 yaşlı alman vətəndaşına məxsus yükün içindən 5,5 kiloqram, yəni qara bazar qiyməti 200 min avro dəyərində kokain tapılmışdır.
Həbs cəzasına məhkum edilən narkokuryer beynəlxalq narkobiznesçi dəstənin qaçaqmal kuryeri olduğunu etiraf etmişdir.