CƏMİYYƏT
Almaniyanın “Die Welt” internet portalı Xınalıq kəndi haqqında material dərc etmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/14079269053284413219_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269052271427805_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269051600812869_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269054658520371_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926905129263562_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269062179924116_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269062206858203_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269064808945851_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269063495854108_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926906841650408_1200x630.jpg)
Berlin, 11 noyabr (AZƏRTAC). Almaniyanın “Die Welt” internet portalında Azərbaycan ərazisində ən qədim insan məskənlərindən biri olan Xınalıq kəndi haqqında material dərc edilmişdir (http://www.welt.de/print/welt_kompakt/debatte/article121581482/Eine-5000-Jahre-alte-Welt-fuer-sich.html). Məqalədə qeyd edilir ki, Böyük Qafqaz dağlarında Azərbaycan-Dağıstan sərhədinin yaxınlığında yerləşən Xınalıq kəndi 5 min illik tarixə malikdir. Xınalıq dünyada ən qədim insan məskənlərindən biridir.
Bir sıra başqa məziyyətləri ilə yanaşı, Xınalıq həm də Azərbaycanda ən hündür və başqa yaşayış məntəqələrindən təcrid olunmuş bir kənddir. Quba rayonunun mərkəzindən 63 kilometr məsafədə yerləşən Xınalığa getmək üçün 3 saat vaxt lazımdır (yeni Quba-Xınalıq asfalt yolu istifadəyə veriləndən sonra həmin məsafəni 1 saata qət etmək olur - AzəTAc-ın qeydi).
Portal yazır ki, Xınalığa gedən yol dağ zirvələri, çaylar və şəlalələr arasından keçir. Qış vaxtı qar yağanda hava şəraiti üzündən Xınalıq kəndi ətraf aləmdən təcrid olunur. Bu, kənd sakinlərinin minilliklər boyu yadelli işğalçıların hücumlarından özlərini qorumağa kömək etmişdir. Kənddə yaşayan 2 minə yaxın insan hələ də öz dilində danışır və ənənəvi paltar geyinir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin