“Amazon”un təqdim etdiyi “ağıllı” ərzaq arabası kassiri əvəz edəcək
Bakı, 15 iyul, AZƏRTAC
“Amazon” şirkəti “Dash Cart” adlı "ağıllı" ərzaq arabasını təqdim edib. Alıcı məhsulları arabaya qoyduqdan sonra ödəniş avtomatik olaraq kassaya getmədən onun bank kartından çıxarılır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeni texnologiya ilk dəfə “Amazon”un Los-Ancelesdə açılacaq mağazasında tətbiq ediləcək.
“Dash Cart” arabası müxtəlif elektronika ilə təchiz edilib: sensor ekran, datçiklər və kompüter görmə sisteminə malik kameralar. Sensorlar real vaxt rejimində alıcının səbətə qoyduğu malları və onun miqdarını, həmçinin rəfə geri qaytarılan malları izləyir. Daxili tərəzi kənardan kömək olmadan məhsulları çəkisini təyin etməyə, skaner isə endirim və bonuslardan ibarət kuponları hesablamağa imkan verir. Yekun məbləğ ekranda göstərilir. “Dash Cart” “ağıllı” ərzaq arabasından istifadə etmək üçün alıcıya yalnız “Amazon”un bank kartına bağlı olan, proqram quraşdırılmış smartfon lazımdır. "Ağıllı" arabadan istifadə edən müştərilər kassada növbə gözləmədən xüsusi çıxışdan mağazanı tərk edirlər, pul hesabdan avtomatik çıxarılır və qəbz poçta göndərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]