Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır
Vaşinqton, 11 iyun, AZƏRTAC
Biz Cənubi Qafqaz və Mərkəzi Asiya arasında daha geniş əməkdaşlıq üçün çoxlu imkanlar görürük.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistan Prezidentinin müşavirinin müavini Cavlon Vahabov deyib.
O bildirib ki, Azərbaycanın C5+1 platformalarında iştirakını görmək istəyir.
“Əminliklə deyə bilərəm ki, Özbəkistan hökuməti Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır. Bununla yanaşı biz, həmçinin bu C5+1 platformalarındakı tərəfdaşlarımızı Azərbaycanın bu formatlara qoşulmasına çağırırıq. Hazırda 2026-cı ilin qalan hissəsi üçün C5+1 sammitini planlaşdırırıq. Mən çox ümid edirəm ki, Azərbaycan da sammitə qoşula biləcək. Əlbəttə ki, bu, hər iki tərəf üçün faydalı bir əməkdaşlıqdır, çünki biz artıq bir ailəyik”, - deyə o əlavə edib.