Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA Vatikan Apostol Kitabxanası və Apostol Arxivi ilə əməkdaşlıq edəcək

Bakı, 25 iyun, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətində Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi, Vatikan Apostol Kitabxanasının icraçı rəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivinin icraçı rəhbəri Rocco Ronzani ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, müasir Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub, Ulu Öndər müstəqil dövlətçiliyimizin möhkəm təməllərini yaradıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub və bu gün ölkəmiz sürətlə inkişaf edir, dünyada söz sahibi ölkələrdən biri kimi qəbul olunur.

AMEA rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan uzun illər Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb, Qarabağda tarixi, dini və mədəni irsə ciddi ziyan vurulub, məscidlər və qəbiristanlıqlar dağıdılıb. O, Qarabağ Zəfərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi qələbə olduğunu vurğulayıb, hazırda Qarabağda müasir tələblərə cavab verən genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini bildirib.

Akademik İsa Həbibbəyli Azərbaycan ilə Vatikan arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacla əlaqələrə xüsusi önəm verdiklərini söyləyib.

Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun mühüm xidmətlərinə toxunan akademik bildirib ki, Fond dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələrlə Azərbaycanın tarixi və mədəni irsinin tanıdılmasına mühüm töhfələr verir.

AMEA rəhbəri ötən ilin sentyabr ayında Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında Anlaşma Memorandumunun imzalandığını xatırladıb, bu sənədi böyük etimad və məsuliyyət nümunəsi kimi dəyərləndirib. O, imzalanmış memorandumun elmi araşdırmalar üçün yeni imkanlar açdığını, layihə çərçivəsində artıq AMEA-nın Tarix və Etnologiya İnstitutunun bir əməkdaşının 6 aylıq müddətə Vatikana ezam olunacağını qeyd edib.

Akademik İsa Həbibbəyli birgə əməkdaşlıq çərçivəsində ilkin olaraq Vatikan Apostol Kitabxanası və Apostol Arxivində saxlanılan Azərbaycana dair arxiv materialları, əlyazmalar və sənədlərin kataloqunun hazırlanmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının zəngin təcrübəsi var. Onun sözlərinə görə, bu kataloq gələcək tədqiqatçılar üçün mühüm elmi mənbə rolunu oynayacaq. Bildirib ki, hazırda əsasən tarix sahəsində araşdırmalar aparılsa da, fondlarda ədəbiyyat, incəsənət, mədəniyyət və digər istiqamətlər üzrə də zəngin materiallar mövcuddur. O, bu istiqamətdə hər iki tərəfin mütəxəssislərinin birgə fəaliyyətinin səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Akademik İsa Həbibbəyli Vatikan fondlarında qorunan materiallar əsasında hazırlanacaq əsərlərin Azərbaycan elminin inkişafına və dünya elminə yeni töhfələr verəcəyini söyləyib.

Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi də öz növbəsində qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə olmaqdan məmnunluğunu dilə gətirib. O, anlaşma memorandumunun imzalanmasına görə Heydər Əliyev Fonduna və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirinə minnətdarlığını ifadə edib.

Vatikan Apostol Kitabxanası və Apostol Arxivində zəngin materialların, kitabların, əlyazmaların, sənədlərin qorunduğunu deyən Covanni Çezare Paqatzi memorandum çərçivəsində birgə real layihələrin həyata keçirilməsinin zəruriliyinə toxunub.

Qonaq Vatikan Apostol Kitabxanası və Apostol Arxivində saxlanılan Azərbaycana dair arxiv materialları və sənədlərin kataloqunun hazırlanması təşəbbüsünü dəstəkləyib, bu addımın gələcəkdə aparılacaq tədqiqatlar zamanı alimlərin işini asanlaşdıracağını söyləyib.

Görüşdə, həmçinin Vatikan Apostol Kitabxanasının icraçı rəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivinin icraçı rəhbəri Rocco Ronzani də çıxış edərək Bakının tarixi memarlığından heyran qaldıqlarını, Azərbaycan alimləri ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Qeyd ediblər ki, inventarlaşdırma, kataloqun hazırlanması və digər istiqamətlərdə bilik mübadiləsi gələcək əməkdaşlığımız üçün faydalı olacaq.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Qonaqlar, həmçinin AMEA-nın Rəyasət Heyətinin binası ilə də tanış olublar.

Qeyd edək ki, ötən ilin sentyabrında Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Müqəddəs Taxt-Tacda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi imzalayıblar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır