AMEA YT Park tərəfindən “BP Azərbaycan” şirkətində mülki dronlarla bağlı təqdimat olub
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev, Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov və Rəyasət Heyətinin nəzdində Fənlərarası Analitik Mərkəzin direktoru, kimya üzrə fəlsəfə doktoru, professor Rüfət Məmmədov “BP Azərbaycan” şirkətinin Ekoloji Qrupunun və Aviasiya Xidmətinin əməkdaşları ilə görüşüblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ekoloji monitorinqlə bağlı müzakirələr aparılıb.
Sonra N.Şükürov AMEA YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzinin milli akkreditasiyadan keçməsi, həmçinin burada nəzərdə tutulan kalibrləmə işləri və s. barədə məlumat verib.
Sonda YT Parkın rezidenti tərəfindən istehsal edilən mülki dronlarla bağlı təqdimat keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [16:55]