AMERİKA KONQRESMENLƏRİ KUBAYA GƏLMİŞLƏR
Hələ təsdiq edilməmiş məlumata əsasən, konqresmenlər hətta Kubanın faktik başçısı Raul Kastro, yaxud vitse-prezident Karlos Lage ilə də görüşə bilərlər.
Amerika siyasətçiləri ümid edirlər ki, onların səfəri iki ölkənin münasibətlərində yeni dövr açacaqdır.
Xatırladaq ki, Havana ilə Vaşinqton arasında birbaşa diplomatik münasibətlər yoxdur. ABŞ Kuba inqilabının qələbəsindən keçən 47 il ərzində bu ölkəyə qarşı iqtisadi qadağa rejimini saxlayır. Qardaşının xəstəliyindən sonra Kubaya başçılıq edən Raul Kastro bu yaxınlarda ABŞ-la münasibətləri mülayimləşdirməyə cəhd etmişdir. O, dekabrın 2-də keçirilən hərbi paradda ikitərəfli danışıqlara başlamağa çağırmışdır.
Fidel Kastronun səhhətinin vəziyyəti haqqında rəsmən məlumat verilmir. Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, onun ömrünə bir neçə ay qalır. Lakin Venesuela Prezidenti Huqo Çaves bildirmişdir ki, Kastro ilə telefonla danışmışdır və dostunun əhvali-ruhiyyəsi yaxşı idi.