AMERİKANIN GETTİ MUZEYİ İKİ ANTİK HEYKƏLİ YUNANISTANA QAYTARACAQ
O, jurnalistlərə demişdir: “Güman edirəm ki, bu, hələ başlanğıcdır. Qaytarılmasına nail olmaq istədiyimiz bir sıra digər qiymətli əşyalarla bağlı yaxşı nəticələr əldə ediləcəyinə ümid bəsləyirəm”.
Onun sözlərinə görə, əvvəllər ölkədən qanunsuz aparılmış nadir relyefli lövhə (e.ə. VI əsr) və başdaşı yazısı (e.ə.IV əsr) Yunanıstana qaytarılacaqdır.
Yunanıstan hökuməti 1993-ci ildə Getti muzeyinin 5 milyon dollardan artıq məbləğə aldığı 4 eksponatı geri qaytarmaq niyyətindədir. Yunanıstan tərəfinin fikrincə, bu eksponatlar ölkədən qanunsuz çıxarılmışdır. Söhbət qızıl dəfn əklilindən, epiqrafik yazısı olan daş tabutdan, mərmər heykəldən və qədim relyefdən gedir. İlk üç eksponat eramızdan əvvəl təxminən 400-cü ilə aiddir və Getti muzeyi tərəfindən 1993-cü ildə əldə edilmişdir. Dördüncüsünü isə muzeyin əsasını qoyan neft maqnatı Pol Gettinin özü 1955-ci ildə almışdır.
Qədim eksponatlarla əlaqədar iddialar xanım Merion Tryunun adı ilə bağlıdır. O, ötən il Getti muzeyinin qədim əşyaların mühafizi vəzifəsindən çıxmışdır. Onun fəaliyyəti ilə İtaliya prokurorluğu da maraqlanmışdır. Tryu İtaliyadan qanunsuz yolla çıxarılmış qədim qiymətli əşyaları muzey üçün almaqda ittiham edilmişdir.
Qiymətli eksponatların Yunanıstana qaytarılması bütün dünya muzeylərinin praktikasında ciddi presedent yaradır. Məlumdur ki, dünyanın ən böyük qədim əşya ekspozisiyaları başqa ölkələrdən aparılmış eksponatlardan ibarətdir.