AMERİKANIN OPERA MÜĞƏNNİSİ BAKIDA ÇIXIŞ EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 27-də Azərbaycan Dövlət Filarmoniyasında Amerika müğənnisi xanım Demetra Corc-Mustafaoğlunun (soprano) konserti olacaqdır.
D.Corcun repertuarına müxtəlif opera və operettalardan iyirmidən çox partiya, 18 musiqili teatr rolu (Violetta, Evita, Eliza, Mimi) daxildir. Eyni zamanda, o, simfonik pop-musiqi üslubunda yazılmış əsərlərin də gözəl ifaçısıdır. Nyu-York Dram Sənəti Akademiyası mükafatının sahibi və San-Fransiskoda opera musiqisi müsabiqəsinin qalibi D.Corc Sofiya Dövlət teatr orkestri, Yaponiya filarmonik orkestri ilə çıxış etmişdir. Onun səsi Boston, Hyuston və Las-Veqasın opera səhnələrində eşidilmişdir.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun köməyi ilə təşkil edilmiş konsertdə Demetra Corc xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri ilə çıxış edəcəkdir. Konsert proqramına Qərbi Avropa bəstəkarlarının əsərləri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]