ANKARADA REFERENDUM HƏYƏCANI
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə əlaqədar referendum məntəqəsi Ankaradakı yeni mədəniyyət mərkəzinin binasında yerləşirdi. Türkiyə paytaxtındakı bu kiçik mədəniyyət guşəmizdə keçirilən referendum əsl bayram əhval-ruhiyyəsi yaratmışdı.
Ankaradakı referendum seçki komissiyasının sədri, Azərbaycanın xalq artisti, professor Sərvər Qəniyev AZƏRTAC-ın müxbiri ilə söhbətində səsvermənin yüksək fəallıq şəraitində keçdiyini vurğulayaraq dedi ki, siyahıya daxil edilmiş vətəndaşlarımızın 90 faizi, yəni 182 nəfəri Konstitusiyaya dəyişikliklərə öz münasibətini bildirmişdir. Onlardan 162 nəfəri təklif olunan dəyişiklikləri bütünlükdə dəstəkləmişdir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara