APRELDƏ ŞİRKƏT ON MÜŞTƏRİYƏ BROKER XİDMƏTİ GÖSTƏRMİŞDİR
Bakı Fond Birjasından AZƏRTAC-a bildirmişlər ki, apreldə dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə (sıralanma) “Standart Kapital” başçılıq edir. Şirkət 8 müştəriyə ümumi dəyəri 110 milyon 427 nin 365,12 manat məbləğində broker xidməti göstərmişdir.
İkinci yeri 63 milyon 748 min 273,68 manat məbləğində broker xidməti göstərmiş “İntereşnl Tranzakşn Sistem”, üçüncü yeri isə 57 milyon 400 min 080,10 manat məbləğ ilə “Unikapital” tutmuşdur.