Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar sığorta olmadan bu hadisələrin vurduğu zərəri kompensasiya etmək mümkün deyil – MÜSAHİBƏ

Aqrar sığorta olmadan bu hadisələrin vurduğu zərəri kompensasiya etmək mümkün deyil – MÜSAHİBƏ

Bakı, 8 aprel, AZƏRTAC

Mart ayının sonundan başlayan güclü yağışlar bölgələrdə də fəsadlara səbəb olub. Yağıntılar nəticəsində əkin sahələrini su basıb, əkinlərə və meyvə bağlarına ciddi ziyan dəyib.

Əvvəlki illərdən fərqli olaraq, hazırda belə hadisələr zamanı təsərrüfatlara və fermerlərə dəyən zərərlər dövlət aqrar sığorta mexanizmi hesabına qarşılanır. Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan sığorta mexanizmi çoxsaylı digər risklərlə yanaşı, əkin sahələrini sel-subasmadan da sığorta edir.

Yağış nəticəsində əkin sahələrinə dəymiş zərərlər və zərər ödənişləri ilə bağlı həyata keçirilən tədbirlər barədə AZƏRTAC-ın suallarını Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova cavablandırıb. Müsahibəni təqdim edirik:

- Ləman xanım, zəhmət olmasa ilk növbədə sel-subasma anlayışına aydınlıq gətirək. Hansı halda baş verən hadisəyə sel-subasma deyilir və ümumiyyətlə, bu, sadəcə yağışın çox güclü şəkildə yağmasıdırmı, yoxsa başqa hansısa təbiət hadisəsi baş verməlidir ki, o, sel-subasma hesab olunsun və fermerə sığorta ödənilsin?

- Sel-subasma anlayışı haqqında qısa məlumat versək, qanunvericiliyə əsasən, sel-subasma - yağışların davamlı yağması və ya qar əriməsi nəticəsində su kütləsinin ani artmasının təsiri ilə çay, göl, dərə, kanal – bu kimi su hövzələrində suyun miqdarının artması, yamaclardan suyun axması, həmçinin bunların nəticəsində torpağın altına suyun yığılması və yaxud torpağın su keçirmə qabiliyyətinin zəif olması səbəbindən suyun torpağın üst qatında toplanması sel-subasma hadisəsi hesab olunur. Bu hallar baş verərsə, fermerlərə sığorta ödənişi həyata keçirilir.

- Bu günə qədər olan müraciətləri dəyərləndirsək, nə qədər müraciət daxil olub, nə qədər sığorta ödənişindən söhbət gedir?

- Sel-subasma hadisəsi nəticəsində təkcə bayram günlərində, martın 20-dən bu günə qədər 3 min hektara yaxın əkin ərazisinə zərər dəyməsi ilə bağlı bizə müraciət daxil olub. Sığorta müqaviləsi üzrə müraciətlərin sayı təxminən 300-ə yaxındır. Müraciətlərin böyük hissəsi sel-subasma hadisələri ilə əlaqədardır. Bu onu göstərir ki, bu il bizim sığorta hadisələri üzrə ödənişlərimiz əsasən sel-subasma riskindən olacaq.

- Aqrar Sığorta Fonduna ən çox hansı bölgələrdən müraciətlər daxil olur və ən çox zərər hansı məhsullar üzrə qeydə alınıb?

- Son günlər bizə olan müraciətlərin dinamikasına əsasən deyə bilərik ki, bu qeyri-sabit hava şəraiti təbii ki, kənd təsərrüfatından yan keçməyib və ciddi ziyanlar vurub.

Quba-Xaçmaz, Qarabağ, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi regionlarından daha çox müraciətlər daxil olub. Belə hadisələrin ən çox baş verdiyi ərazi kimi, xüsusilə Şabran və Xaçmaz rayonlarını qeyd edə bilərik. Subasma hadisələri təkcə əkin sahələrinə, yəni arpa və buğda sahələrinə deyil, meyvə bağlarına da - gilas, heyva, armud, badam və sair bağlara da zərər vurub, bununla bağlı fermerlərdən bizə müraciət daxil olub. Hətta fermerlərin verdiyi məlumata görə, bəzi ərazilərdə əkin sahəsində suyun hündürlüyü 60 santimetrə qədər çatıb.

- Bəs bu hadisələr üzrə fermerlərə dəyən zərərə görə ödəniş nə vaxt həyata keçiriləcək?

- İlk olaraq sığortalı fermerlərimizə səslənmək istəyirəm ki, hadisə baş verdikdən dərhal sonra – 10 gündən gec olmayaraq həm Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə, həm də aidiyyəti dövlət qurumlarına müraciət etsinlər. İkinci bir məqam, ödənişlə bağlı bildirmək istəyirik ki, əgər 100 faiz məhvolma hadisəsi baş verməyibsə, sığorta ödənişləri bir qayda olaraq, qanunvericiliyin tələblərinə əsasən, yığım-biçim dövrlərində həyata keçirilir. Bunun səbəbi onunla əlaqədardır ki, bu dövrdə təbiət hadisələri yenidən baş verə, yəni fermerə dəyən zərər dəyişə bilər. Buna görə də ədalətli olsun deyə sığorta ödənişlərinin yığım-biçim dövründə ödənilməsi daha məqsədəuyğun hesab olunur. Amma əgər hadisə nəticəsində məhsulda tam məhvolma qeydə alınıbsa, sığorta ödənişi daha tez həyata keçirilir.

- Ləman xanım, ümumiyyətlə, bu hadisələr sığorta hadisəsi kimi tez-tez baş verirmi və bu zərərlərə görə indiyədək fermerlərə nə qədər ödəniş həyata keçirilib?

- Bəli, son 3 ildə Aqrar Sığorta Fondu tərəfindən sel-subasma hadisələri üzrə fermerlərə ümumilikdə 4,5 milyon manat sığorta ödənişi edilib. Təkcə 2025-ci ilin dinamikasına baxsaq, baş verən hadisələrin ikinci ən çox hissəsini sel-subasma halları təşkil edir ki, birinci yerdə isə ödənişlərin həcminə görə, təbii ki, dolu hadisəsidir.

2025-ci ildə 3300 hektar əkin sahəsində sel-subasma hadisəsinə görə 1 milyon 227 min manat sığorta ödənişi edilib. 2023-cü ildə 7716 hektar əraziyə dəymiş zərər üzrə 1,6 milyon manat, 2024-cü ildə isə 6 697 hektar əkin sahəsinə dəymiş zərər üzrə 1,7 milyon manat ödəniş edilib. Yəni subasma hadisələri kifayət qədər tez-tez baş verir və bunu son günlər də müşahidə edirik.

- Fermerlərin 10 gün ərzində müraciət etməsi çox vacibdir? Yəni fermer hadisə barədə vaxtında məlumat verməsə, hansı addımlar atılır?

- Qanunvericiliyə görə, fermerlər əkin sahəsində baş vermiş hadisə barədə ən geci 10 gün ərzində məlumat verməlidirlər. Bunun səbəbi onunla əlaqədardır ki, bildiyiniz kimi, hadisə baş verdikdən sonra həmin ərazidə müstəqil ekspertlər tərəfindən qiymətləndirmə və zərər hesablanması işləri aparılır. Əgər ekspert sahəyə gec gedərsə, zərər düzgün qiymətləndirilməyə bilər, fermerə dəyən zərəri düzgün və ədalətli, obyektiv müəyyən etməyə bilərik. Buna görə də birmənalı olaraq 10 gün müddəti aşmamalarını xahiş edirik ki, həmin müddət ərzində, hətta mümkündürsə, daha qısa müddət çərçivəsində məlumat versinlər ki, ekspertlər dəyən zərəri daha düzgün, daha ədalətli şəkildə qiymətləndirə bilsinlər.

- Ləman xanım, son günlər baş verən hadisələr, xüsusilə də güclü yağış və haqqında danışdığımız sel-subasma hadisələri aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi. Fermerlərə aqrar sığorta ilə bağlı hansı tövsiyələriniz var?

- Doğrudan da son günlər baş verənlər də göstərir ki, təbiət hadisələri hər an baş verə bilər və onların qarşısını almaq olmaz. Yeganə yol bu hadisənin vurduğu zərəri qarşılamaqdır və aqrar sığorta olmadan bu hadisələrin vurduğu zərəri başqa formada kompensasiya etmək mümkün deyil. Ona görə də fermerlərə səslənirəm ki, dövlətin yaratdığı bu sərfəli mexanizmin üstünlüklərindən faydalansınlar. Məlumdur ki, təsərrüfat Aqrar Sığorta Fondu tərəfindən sığortalandıqda fermerin sığorta haqqının yarısı dövlət tərəfindən qarşılanır, yəni hesablanmış sığorta haqqının 50 faizini fermerin əvəzinə dövlət ödəyir.

Məsələn, elə haqqında danışdığımız, ən çox müraciət daxil olan Quba-Xaçmaz iqtisadi regionunda 1000 manatlıq məhsulu olan 1 hektarlıq buğda ərazisinin sığortası cəmi 6-7 manata, Dağlıq Şirvan regionunda isə cəmi 10-11 manata başa gəlir. Lakin həmin sahəyə hadisə nəticəsində zərər dəydikdə o zərər fond tərəfindən qarşılanır. Buna görə fermerlərdən bu fürsəti qaçırmamalarını xahiş edirəm ki, gələcəkdə belə hallarda zərərdə qalmasınlar.

- Məlumdur ki, hazırda aqrar sığorta mexanizmi 41 bitkini əhatə edir, gələcəkdə bu məhsulların siyahısının, onların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulurmu? Yəni gələcəkdə aqrar sığorta vasitəsilə əlavə hansı məhsulları sığortalamaq mümkün olacaq?

- Məlum olduğu kimi, hazırda fond tərəfindən həm bitkiçilik, həm heyvandarlıq, eləcə də balıqçılıq məhsullarının sığortalanması həyata keçirilir ki, bitkiçilik üzrə 41 növ bitkinin, hansı ki, bunun içərisinə həm taxıllar, həm çəyirdəklilər, həm texniki bitkilər, həm qərzəklilər, yəni çox geniş sayda bitkilərin sığortalanması nəzərdə tutulub. Heyvanlar üzrə isə iri və xırda buynuzlu heyvanların ətlik və südlük istiqamətdə olmaqla sığortalanması təmin edilir. Gələcək planların içərisində, eləcə də qanunvericilik təşəbbüslərini nəzərə alsaq, quşçuluq, arıçılıq təsərrüfatlarının sığortalanması nəzərdə tutulur, bununla bağlı artıq qanunvericilikdə də təşəbbüslə çıxış edilib. Əlavə olaraq, 9 növ yeni bitkinin siyahıya əlavə edilməsi gözlənilir. Buraya feyxoa, kivi, bibər, badımcan və sair bitkilər aiddir. Gələcəkdə müvafiq qaydalar qəbul ediləndən sonra bu bitkilərin də sığortalanması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

Tarixdə bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib