“AQTA hara baxır?”ın növbəti buraxılışı sağlamlaşdırma tədbirlərinə həsr olunub
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında qida zəncirinin müxtəlif mərhələlərində həyata keçirilən sağlamlaşdırma tədbirlərindən bəhs olunur.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, materialda heyvan və ərzaq bazarlarında, eləcə də istehsal müəssisələrində aparılan sağlamlaşdırma işlərinin qida təhlükəsizliyinin təmin olunmasındakı rolu diqqətə çatdırılır.
Eyni zamanda, qənd və karamel emalı müəssisəsində aparılan sağlamlaşdırma işləri təqdim olunur. Bildirilir ki, agentliyin metodiki dəstəyi və verilən tövsiyələr əsasında müəssisədə aşkar edilmiş nöqsanlar aradan qaldırılıb, fəaliyyət qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılıb.
Videoda sağlamlaşdırma tədbirlərinin sağlam və dayanıqlı biznes mühitinin formalaşdırılmasına, eyni zamanda, istehlakçıların təhlükəsiz qida ilə təmin olunmasına xidmət etdiyi vurğulanır.
Daha ətraflı linkdən tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:04]
Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO
- 09.06.2026 [15:56]
Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub
- 09.06.2026 [15:48]
Vyetnamın Baş prokuroru “ASAN xidmət”də
- 09.06.2026 [15:42]
Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb
- 09.06.2026 [15:01]