ARAN BÖLGƏSİNDƏ TORPAQ, SU VƏ BİTKİ ANALİZİ LABORATORİYASI YARADILMIŞDIR
Aqro İnformasiya Mərkəzi (AİM-Azərbaycan) Ağcabədidə Aran bölgəsinə xidmət edəcək müasir torpaq, su və bitki analizi laboratoriyası açmışdır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, laboratoriyada Avropanın inkişaf etmiş ölkələrində geniş miqyasda tətbiq olunan yeni nəsil avadanlıq quraşdırılmışdır. Müəssisənin yaradılmasından məqsəd torpağın, suyun və bitkinin tərkibini analiz etməklə fermerlərə səmərəli gübrələmə strategiyasına dair tövsiyələr verməkdir. Başqa sözlə, burada qida maddələrinin çatışmazlığı və hər hektar torpaq səhəsinə hansı gübrədən nə qədər verilməsi müəyyən olunacaq, bu məlumatlar fermerlərə çatdırılmaqla məhsuldarlığın artırılmasında onlara yardım göstəriləcəkdir.
Laboratoriya noyabrın 14-dən fəaliyyətə başlayacaqdır. Bununla əlaqədar həmin gün rayon mərkəzində mərasim keçiriləcəkdir.
Xatırladaq ki, AİM-Azərbaycan 1999-cu ildən respublikamızda aqrar sahənin inkişafına yönəlmiş layihələr həyata keçirir, kənd əhalisinin aqrar sahə üzrə texniki biliklərinin artırılması istiqamətində təşəbbüslər göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]