ARKA: Bu il ekranlara 10 tammetrajlı bədii film çıxacaq
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) hazırkı siyasətinin əsas məqsədlərindən biri də hər il azı 10 tammetrajlı bədii filmin istehsal olunmasıdır.
Bu barədə AZƏRTAC-a ARKA-dan məlumat verilib.
Bildirilib ki, cari ildə “Akinak”, “Mən, Lalə, bir də O”, “Tağıyev: Məktəb” filmləri nümayiş olunub.
Sırada olan digər ekran əsərləri isə “Buzlar əriyəndə”, “Quşlar susanda”, “Ölü Həsən”, “Mənə bənzər adam görməmisiniz ki?”, “44”, “Sözün varsa, de” və “Nəsrəddin hoca”dır.