Arkadi Dvorkoviç: Ümidvaram, Çin şahmatçılarının iddiaçılar turnirində iştirakı ilə bağlı problem olmayacaq
Bakı, 6 fevral, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Çin şahmatçılarının iddiaçılar turnirində iştirakı ilə bağlı problemlərin olmayacağına ümid etdiyini bildirib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, FIDE prezidenti bu barədə jurnalistlərə açıqlamasında deyib.
FIDE-nin Çin Şahmat Federasiyası və şahmatçılarla əlaqə saxladığını və hər gün vəziyyəti izlədiyini vurğulayan A.Dvorkoviç bildirib: “Rusiyanın Çindəki səfirliyi və Çin Şahmat Federasiyası ilə daim əlaqə saxlayırıq. Ümid edirik ki, çinli şahmatçıların iddiaçılar turnirində iştirakı ilə bağlı heç bir problem olmayacaq”.
Martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək iddiaçılar turnirinə çinli Liren Dinq və Hao Yanq da qatılacaqlar. İddiaçılar turnirində Azərbaycanı ötən il Dünya Kubokunun qalibi olmuş qrossmeyster Teymur Rəcəbov təmsil edəcək. Turnirin digər iştirakçıları ABŞ təmsilçisi Fabiano Karuana, Niderland şahmatçısı Aniş Giri, rusiyalı Aleksandr Qrişuk, Yan Nepomnyaşi və Kiril Alekseyenkodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]