Arsen Avakovun vəzifədən uzaqlaşdırılması üçün petisiyada səs verənlərin sayı 25 mini ötüb
Kiyev, 6 iyun, AZƏRTAC
Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun vəzifəsindən azad olunması üçün Prezidentin saytında petisiyaya səs verənlərin sayı 25 minə çatıb.
AZƏRTAC xəbər verir ki, iyunun 2-dən başlanan petisiyada A.Avakovun təcili olaraq vəzifəsindən azad olunması tələb edilir.
Ukrayna Daxili İşlər nazirinin vəzifəsindən uzaqlaşdırılmasına dair səslər durmadan artır. Petisiyanın başa çatmasına isə hələ 89 gün qalıb.
Qeyd edək ki, mayın 31-də Ukraynada 5 yaşlı uşağın polislər tərəfindən güllələnərək öldürülməsindən sonra vətəndaşlar nazirliyin binası qarşısında mitinq keçirərək, A.Avakovun istefasını tələb ediblər.
Ukrayna Ali Radası isə nazirin hadisə ilə bağlı parlamentdə hesabat verməsini tələb edir.
İlkin araşdırma zamanı məlum olub ki, polislər silahdan istifadə edərkən sərxoş olublar. Hər iki polis həbs edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]