“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
Bakı, 13 may, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar tərəfindən hərbi qulluqçularımıza ünvanlanmış məktublar Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissənin, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsi iştirakçısı olan şəxsi heyətinə çatdırılıb.
Tədbir Azad Azərbaycan Televiziyasında yayımlanan "Komando" verilişi çərçivəsində baş tutub.