ASK ALMANİYA TƏŞKİLATI İLƏ SOSİAL DİALOQ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR BİRGƏ LAYİHƏ HƏYATA KEÇİRƏCƏKDİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ASK Almaniyanın “Institute Bildungswerk der Wirtschaft Mecklenburg-Vorpommern e. V.” təşkilatı ilə “Sosial dialoq sahəsində əməkdaşlıq” mövzusunda birgə layihə həyata keçirməyi planlaşdırır.
Məqsəd Azərbaycanda sosial dialoqun inkişafı, həmçinin sosial tərəfdaşlar arasında əməkdaşlıq əlaqələrini genişləndirməkdir.
Layihə ilə əlaqədar mayın 26-dan 31-dək Almaniya təşkilatının ekspertləri Azərbaycanda olacaqlar. Səfərin məqsədi birgə layihənin şərtlərini, həyata keçirilmə müddətini və digər məsələləri müzakirə etmək, sosial tərəfdaşlarla, yerli şirkətlərin rəhbərləri və həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşməkdir.
Layihənin icrasına cari ilin sentyabrında başlamaq nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]