AŞPA İLƏ ÜZV ÖLKƏLƏRİN PARLAMENTLƏRİNİN MƏTBUAT XİDMƏTLƏRİ ARASINDA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNƏ DAİR SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 1-dək Strasburqda Avropa Şurasının iqamətgahında Avropa Şurası Parlament Assamleyası (AŞPA) ilə üzv ölkələrin parlamentlərinin mətbuat xidmətləri arasında əməkdaşlığın gücləndirilməsinə dair seminar keçirilmişdir. 25 ölkədən 50 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Milli Məclisin mətbuat xidməti katibinin müavini Mehman Qayıbov təmsil etmişdir.
AŞPA-nın təşəbbüsü ilə keçirilmiş seminardan məqsəd üzv ölkələrin parlamentlərinin mətbuat xidmətlərinin yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlığının genişləndirilməsinə kömək göstərmək olmuşdur. Bu məqsədlə Avropa Şurasının mətbuata, televiziyaya, radioya və internetə məsul əməkdaşları iştirakçılar qarşısında çıxış etmiş və onları maraqlandıran sualları cavablandırmışlar.
Seminar müddətində Avropa Şurasının mətbuat xidmətinin fəaliyyəti, informasiya işinin təşkili, informasiya texnologiyalarının tətbiqi ilə bağlı məsələlərə də aydınlıq gətirilmişdir. Seminar iştirakçıları qurumun televiziya və radio mərkəzinin işi ilə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:50]
Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır
- 17.06.2026 [10:38]
Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
- 17.06.2026 [10:04]
MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
- 17.06.2026 [09:10]
Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]