ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunun fərqlənən gəncləri təltif ediliblər
![](/files/galleryphoto/2024/1/1200x630/17068737905165047486_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068737903567411869_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706873790112585194_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068737905336130721_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068737902581734512_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068737903741428477_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068737903798820085_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən, hər il fevralın 2-nin ölkədə Gəncləri Günü kimi qeyd edildiyini söyləyib. Bildirib ki, Ümummilli Lider hər zaman gənclərə diqqət və qayğı göstərib. Bu günün təsis olunması da Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsidir. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.
Vaqif Fərzəliyev qeyd edib ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.
İnstitutun icraçı direktoru kimya elmləri doktoru professor Əfsun Sucayev bildirib ki, 44 günlük Vətən müharibəsi və 23 saat 47 dəqiq davam edən antiterror tədbirləri ilə Azərbaycanın suverenliyinin əldə olunmasında gənclərimiz canları və qanları bahasına qəhrəmanlıq dastanı yazdılar.
Əfsun Sucayev qeyd edib ki, gənclər göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edirlər. O, gənclərin dövlətimizin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsi, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə töhfə verməyə çalışdıqlarını vurğulayıb.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Leyla Vahidzadə 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunan təqdimatla çıxış edib.
Daha sonra institutun laboratoriya müdiri professor Həqiqət Cavadova gəncləri təbrik edib və onlara öz dəyərli məsləhətlərini verib.
Sonda Aşqarlar Kimyası İnstitutunun alim və mütəxəssisləri arasında ən fəal gənclər - Məcidi Nərgiz və Kazımzadə Şəfa mükafatlandırılıblar.