REGİONLAR
Astarada daha 1300 nəfərə ərzaq bağlamaları paylanılıb
Astara, 8 may, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan karantin rejimi günlərində keçirilən sosial aksiya çərçivəsində aztəminatlı ailələrə növbəti dəfə ərzaq bağlamaları paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, zəruri ərzaq məhsullarından ibarət yardımlar əsasən xüsusi karantin rejimi dövründə maddi vəziyyəti çətinləşən şəxslər, tənha, xəstə və aztəminatlı vətəndaşları əhatə etməklə, ümumilikdə, 1300 nəfərə evlərində çatdırılıb.
Bundan əlavə, Astara şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə yaradılmış mobil qruplar tərəfindən sakinlərə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlar çatdırılır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət olunması barədə təbliğat işləri aparılır, koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir.