ASTARADA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər 13 il əvvəl Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrdən söhbət açaraq AXCP-Müsavat iqtidarının səriştəsizliyinin və acizliyinin ölkədə xaos və özbaşınalıq vəziyyəti yaratdığını bildirmiş, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayanan xalqın öz nicat yolunu Heydər Əliyev dühasında gördüyünü vurğulamışlar.
Natiqlər ölkəmizin tərəqqisini təmin edən Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.