Astarada yeni avtomobil körpüsü inşa olunub
Bakı, 27 dekabr, AZƏRTAC
Astara rayonunun Şiyəkəran kəndini iki hissəyə ayıran Pensərçay (Təngərüdçay) üzərində yeni avtomobil körpüsü inşa edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, qısa müddət ərzində tikintisi aparılan bir aşırımlı yeni körpünün uzunluğu 35 metr, eni 10 metr təşkil edir.
Qeyd olunub ki, yağan intensiv yağışların yaratdığı güclü sel suları nəticəsində körpü qəzalı vəziyyətə düşmüş, dayaqları zədələnmişdi.
İstifadəyə verilən yeni körpü 6 minə yaxın əhalinin rahat gediş-gəlişinə, yolla bağlı yaranmış problemlərin həllinə şərait yaradıb.