SİYASƏT
Atlantika Şurasında “Transatlantik renessansa doğru” mövzusunda tədbir olmuşdur
![Atlantika Şurasında “Transatlantik renessansa doğru” mövzusunda tədbir olmuşdur](/files/2013/3/1200x630/14071451316308831256_1200x630.jpg)
Vaşinqton, 15 noyabr (AZƏRTAC). Vaşinqtonda, Atlantika Şurasında ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya işləri üzrə dövlət katibinin köməkçisi Viktoriya Nulandın “Transatlantik renessansa doğru” mövzusunda çıxışı olmuşdur. V.Nuland diplomatlardan və araşdırma mərkəzlərinin nümayəndələrindən ibarət geniş auditoriya qarşısında çıxışında ABŞ-Avropa münasibətlərinin, habelə Avropa ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinin əhəmiyyətindən danışmış, enerji təhlükəsizliyinin qitə üçün əhəmiyyətini vurğulamışdır.
Avropanın müxtəlif hissələrində münaqişələrin tezliklə həll ediləcəyinə ümidvar olduğunu bildirən Dövlət Departamentinin nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyanla görüşməyə hazır olmasını yüksək qiymətləndirmişdir.
Xatırladaq ki, Viktoriya Nuland ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya işləri üzrə dövlət katibinin köməkçisi 2013-cü il sentyabrın 18-də təyin olunmuşdur. Bundan əvvəl o, ABŞ Dövlət Departamentinin mətbuat katibi vəzifəsini tuturdu.
Yusif Babanlı
AzərtAc-ın xüsusi müxbiri
Vaşinqton