İQTİSADİYYAT
“Avadanlığın ötürülməsi haqqında” Saziş imzalanmışdır
Bakı, 28 aprel (AZƏRTAC). Dövlət Gömrük Komitəsində ABŞ-ın “İxraca nəzarət və əlaqəli sərhəd təhlükəsizliyi” Proqramı çərçivəsində “Avadanlığın ötürülməsi haqqında” Saziş imzalanmışdır. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev və ABŞ-ın Azərbaycandakı səfirliyinin gömrük üzrə müşaviri xanım Karen Çaisson imzalamışlar.
Keçirilən görüşdə bildirilmişdir ki, “Avadanlığın ötürülməsi haqqında” qrant sazişinə əsasən, Dövlət Gömrük Komitəsinə ABŞ-da istehsal olunmuş və köməkçi alətlərlə təchiz edilmiş iki ədəd “Ford Mobile Tool Service Vehicle” xüsusi təyinatlı nəqliyyat vasitəsi təqdim olunmuşdur. Məqsəd Azərbaycanda sərhəd təhlükəsizliyini gücləndirməkdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.