Kolumbiyada körpü uçub, ölənlər var
Bakı, 1 iyun, AZƏRTAC
Kolumbiyanın şimalında körpünün bir hissəsi uçub.
AZƏRTAC xəbər verir ki, bu barədə Atlantiko Departamentinin qubernatoru Eduardo İqnasio Verano məlumat verib.
Hadisə nəticəsində 4 nəfər ölüb, 3-ü isə yaralanıb.
Qubernator X sosial şəbəkə səhifəsində yazıb: “Biz mer və fəlakətlərin qarşısının alınması nazirinin müavini ilə birlikdə Barrankilu ilə Soledadı birləşdirən körpünün bir hissəsinin dağıldığı yerdəyik”.
Körpünün uçmasının səbəbləri araşdırılır.
Bundan əvvəl, martın 26-da Baltimorda magistral körpünün çökməsi nəticəsində bir neçə avtomobil suya düşmüş və nəticədə 6 nəfər ölmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]