Tunisdə baş verən yol qəzasında 4 nəfər ölüb, 19 nəfər yaralanıb
Bakı, 1 iyun, AZƏRTAC
Tunisin Cənub-Qərbindəki Qafsa əyalətində baş verən yol qəzası nəticəsində Cənub-Şərqi Afrika ölkələrindən olan 4 immiqrant ölüb, 19 nəfər yaralanıb.
AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli mətbuat bildirib.
İyirmi dörd nəfər qeyri-qanuni immiqrantı daşıyan yük maşını Cənub-Qərbdəki Qafsa əyaləti ilə Qərbdəki Kasserine əyalətini birləşdirən əsas yolda aşıb. Nəticədə 4 nəfər ölüb. Yaralılar Qafsadakı Hüseyn Bouziane Regional Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, bu ilin 5 ayında Tunisdə 1571 yol qəzası baş verib, nəticədə 376 nəfər ölüb, 2204 nəfər xəsarət alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]