Tayson və Paulun döyüşü təxirə salınıb
Bakı, 1 iyun, AZƏRTAC
Keçmiş dünya çempionu amerikalı Mayk Taysonla həmyerlisi, bloger Ceyk Pol arasında keçiriləcək boks görüşü təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə döyüşün təşkilatçısı olan “Most Valuable Promotions”un mətbuat xidməti məlumat yayıb.
Döyüş iyulun 20-də Vaşinqtonda baş tutmalı idi.
"Təəssüf ki, Pol və Tayson arasında çox gözlənilən döyüş təxirə salınacaq. Həkimlərlə məsləhətləşmədən sonra Taysona bir neçə həftə ərzində minimal fiziki fəaliyyət tövsiyə olunub, bundan sonra tam məşqlərə qayıtmaq mümkün olacaq. Mayk və Ceyk belə qənaətə gəliblər ki, hər iki idmançının döyüşə yaxşı formada hazırlaşması üçün bərabər şərait lazımdır”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, döyüşün yeni tarixi iyunun 7-də açıqlanacaq. Döyüşün 2024-cü ilin sonunda baş tutması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]