Baş nazir: Gürcüstan ilə ABŞ arasındakı münasibətlərə yenidən baxılmalıdır
Tbilisi, 1 iyun, AZƏRTAC
Gürcüstan ilə ABŞ arasında mövcud olan münasibətlər müəyyən şəxslər və qüvvələr tərəfindən korlanıb. Birləşmiş Ştatlar tərəfindən maliyyə dəstəyi alan gürcü Qeyri-Hökumət Təşkilatları 2020-2021-ci illərdə ölkəmizdə iki dəfə inqilab etməyə çalışıb. Bu il isə 3-cü cəhdin şahidi olduq. Ona görə də hesab edirəm ki, Gürcüstanla ABŞ arasında olan münasibətlərə yenidən baxılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
Baş nazir bu məsələnin ABŞ-ın Gürcüstandakı səfiri ilə müzakirə etdiyini bildirib. O deyib ki, ABŞ-ın Gürcüstandakı sabiq səfirinin dövründə çox şey korlanmışdı, ona görə də gürcü-amerikan münasibətləri yenidən nəzərdən keçirilməlidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]