Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aviatorlar Azərbaycan mülki aviasiyasının 80 illik yubileyini təntənə ilə qeyd ediblər

Bakı, 1 iyun, Laçın Sultanova, AZƏRTAC

Azərbaycan aviatorları iyunun 1-də öz peşə bayramlarını və mülki aviasiyanın 80 illiyini rəsmi surətdə qeyd ediblər.

“Mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixi Sərəncamı ilə hər il iyunun 2-si Azərbaycanda Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, aviatorlar mülki aviasiyanın 80 illiyinin bayram edilməsi çərçivəsində Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar, məzarı qarşısına əklil və tər çiçəklər qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı önünə güllər düzülüb.

Sonra aviasiyanın yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov aviasiya işçilərini 80 illik yubiley münasibətilə təbrik edib. O bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan möhkəm təməl üzərində qurulan Azərbaycanın mülki aviasiyası 2003-cü ildə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. C.Əsgərov deyib: “Azərbaycanın mülki aviasiyası Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir. AZAL postsovet məkanında mülki aviasiya sahəsində aparıcı oyunçulardan birinə çevrilib, beynəlxalq aviasiya birliyinin üzvü olub”.

Tədbirdə iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, Azərbaycanın milli aviasiyası ötən 80 il ərzində böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan aviasiyası dünyada qəbul olunmuş ən müasir standartlara cavab verir. 1993-cü ildən sonra müstəqil Azərbaycanın aviasiyası sürətlə inkişaf etməyə başlayıb. Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində hazırda ölkəmizin mülki aviasiyası dünyada ən qabaqcıl yerlərdən birini tutur. Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən müasir aeroportlarından biridir. Sevindirici haldır ki, təkcə paytaxtın hava limanı deyil, regional hava limanları da beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərir. Daim yenilənən müasir aviapark beynəlxalq standartlara uyğun yük və sərnişindaşımaları həyata keçirir.

Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi adından tədbirdə çıxış edən Arif Məmmədov aviasiyanın 75 illik yubileyindən ötən 5 il ərzində bu sahədə qazanılan uğurlar barədə qısa məlumat verib. O xatırladıb ki, 2014-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni müasir terminalı inşa edilib. Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaxınlarda nüfuzlu “Skytrax” auditor şirkətinin ən yüksək “5 Ulduz” qiymətinə layiq görülüb. Bu ən yüksək qiymət Heydər Əliyev Beynəlxalq Aeroportundan başqa cəmi 8 aeroporta verilib. Aviaşirkət qısa müddət ərzində geniş füzelyajlı “Boeing”, “Airbus”, “Embraer” kimi ən müasir təyyarələrin, Qərbdə istehsal olunmuş helikopterlərin istismarına başlayıb. 2017-ci ildə aşağı büdcəli “Buta Airways” aviaşirkəti yaradılıb. 2019-cu ilin ikinci yarısından başlayaraq isə yeni müasir B-737 MAX təyyarələrinin istismarına başlanacaq. A.Məmmədov deyib: “Sevindirici haldır ki, bu hava gəmilərini Milli Aviasiya Akademiyasının məzunları idarə edirlər. Akademiyanın Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının - IATA-nın regional təlim mərkəzi statusuna layiq görülməsi onun daha bir nailiyyətidir. Uçuşların coğrafiyası da genişlənir. Təkcə 2016-2018-ci illərdə 21 xarici aviaşirkət Azərbaycana uçuşlar həyata keçirməyə başlayıb. Bu il 16 yeni hava xətti açılacaq”.

Təntənəli iclasda mülki aviasiya işçilərinə dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci il 31 may tarixli sərəncamları oxunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Raqub Səmədova mülki aviasiya sahəsində çoxillik səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Azərbaycan Respublikası Prezidentinin digər sərəncamları ilə aviasiya sahəsində səmərəli fəaliyyətə görə bir qrup aviatora Azərbaycan Respublikasının fəxri adları verilib, aviatorlar “Şöhrət” və “Tərəqqi” ordenləri ilə təltif edilib.

İclas iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə vurğulanır ki, ”Mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il bu gün bayram səviyyəsində qeyd edilir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın mülki aviasiyasının ən vacib vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir” sözlərini sitat gətirən tədbir iştirakçıları Azərbaycan Prezidentini əmin ediblər ki, bu tapşırıq aviatorların həqiqi fəaliyyət proqramıdır.

Azərbaycan dövlətinin başçısına müraciətdə deyilir: “Sizin aviasiya işçiləri qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq, mülki aviasiya qurumları beynəlxalq və regional təşkilatlarla, ayrı-ayrı ölkələrin mülki aviasiya təşkilatları ilə sıx əlaqələr saxlayır, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi sahəsində ardıcıl iş aparırlar.

Sizi əmin edirik ki, aviasiya işçiləri qarşısında qoyduğunuz vəzifələrin öhdəsindən bundan sonra da gəlmək üçün bütün qüvvəmizi Azərbaycan Respublikasının daha da möhkəmlənməsi, zənginləşməsi və qüdrətli olması naminə səfərbər edəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır