Avqustda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Cari ilin avqustunda Azərbaycana idxal olunan avtomobillərin sayı 7883 ədəd, dəyəri isə 116 milyon 330 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillər arasında sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi olmayıb. Gətirilən avtomobillərin 7379-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi, 485-i yük daşımaq üçün, 19-u isə xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]